Taxılın tədarükü ilə bağlı hələlik müqavilə yoxdur - Ukrayna XİN

23:20 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynadan taxılın tədarük edilməsi ilə bağlı konkret müqavilə yoxdur.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, Ukrayna qlobal ərzaq böhranının qarşısını almaq üçün ölkənin dəniz limanlarının açılması ilə bağlı bütün səylərini səfərbər edib.

"Hazırda biz BMT və digər tərəfdaşlarımızla birlikdə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması üzərində işləyirik", - deyə məlumatda bildirilir.